• cümə, 19 Aprel, 18:17
  • Baku Bakı 24°C

Ərdoğanın Azərbaycana nə vaxt gələcəyi məlum olub

09.10.17 17:26 1571
Ərdoğanın Azərbaycana nə vaxt gələcəyi məlum olub
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

Diplomatik mənbələrdənAPA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.

R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcəkBakı-Tbilisi-Qarsdəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.
banner

Oxşar Xəbərlər