• cümə axşamı, 25 aprel, 10:59
  • Baku Bakı 14°C

Ərdoğanın Ankarada və İstanbulda xalq qarşısında çıxışı gözlənilir

11.06.13 08:02 1187
Ərdoğanın Ankarada və İstanbulda xalq qarşısında çıxışı gözlənilir
APA-nın məlumatına görə, bu barədə hakim Ədalət və İnkişaf partiyasının mətbuat xidməti açıqlama verib.
“İyunun 15-də Akaranın Sincan rayonunda, iyunun 16-da isə İstanbulun Qızlıçeşmə rayonunda mitinqlər təşkil olunacaq”, deyə mətbuat xidmətinin açıqlamasında bildirilib.
Məlumatda bildirilir ki, partiya lideri R.T.Ərdoğan mütəmadi olaraq xalq qarşısında çıxış edir və insanların suallarına cavab verir: “Afrika ölkələrinə turnesindən sonra o Adanada və Mərsində çıxış edib”.
Partiyanın mətbuat xidməti qeyd edib ki, mitinqlərdə partiya tərəfdarlarından savayı hər bir şəxs iştirak edə bilər.
banner

Oxşar Xəbərlər