• cümə axşamı, 25 aprel, 03:52
  • Baku Bakı 19°C

Ərdoğandan son seçkilərlə bağlı Etiraf

18.04.14 12:49 913
Ərdoğandan son seçkilərlə bağlı Etiraf
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər oldu. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib. Trend-in məlumatına görə, xəbəri cümə günü "TRT Haber" telekanalı yayıb.
Onun sözlərinə görə, müxalifətin seçkiqabağı kampaniya zamanı Ədalət və İnkişaf Partiyasının fəaliyyətini nüfuzdan salmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, seçicilərin əksəriyyəti səslərini hakim partiyanın nümayəndələrinə veriblər.
Baş nazir bunu hakim partiyadan fərqli olaraq müxalifətin "xalqın vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etməməsi" ilə izah edib.
banner

Oxşar Xəbərlər