• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

Ərdoğandan Avropada yaşayan türklərə çağırış: "Fəal olun"

21.05.18 13:00 467
Ərdoğandan Avropada yaşayan türklərə çağırış: "Fəal olun"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan türkləri siyasətdə fəal iştirak etməyə çağırıb.
Trend-in məlumatına görə, R.T.Ərdoğan Avropadakı türk icmasının ən güclü icma olduğunu bildirib:"Türk icması Avropa ölkələrinin siyasi və sosial həyatında öz rolunu möhkəmləndirməlidir".
Prezident, həmçinin Avropada yaşayan türkləri Türkiyə prezidenti və parlamenti seçkilərində iştirak etməyə çağırıb.
Qeyd edək ki, Avropa ölkələrində təqribən 6 milyon türk yaşayır.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
banner

Oxşar Xəbərlər