• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

Ərdoğan: Yaxın Şərqi çox ciddi problemlər gözləyir

14.05.18 12:50 585
Ərdoğan: Yaxın Şərqi çox ciddi problemlər gözləyir
Yaxın Şərqi çox ciddi problemlər gözləyir. Bu region yeni hərbi münaqişələrin bir addımlığındadır.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Suriya ərazilərinə hava zərbələrini şərh edərkən deyib.
Dövlət başçısı bildirib ki, İsrail İranı müharibəyə təhrik edir.
R.T.Ərdoğan vurğulayıb ki, İsrailin Suriyaya aviazərbələri "İran hərbçilərinin atəş açmasına cavab" bəhanəsi ilə endirilib: "Lakin məsələ burasındadır ki, İran Təl-Əvivin həmin bəyanatını qəbul etmir".
Qeyd edək ki, mayın 10-da İsrail İranın "Kuds" bölmələrinin Suriya ərazilərinə və Cövlan yüksəkliklərində İsrail mövqelərinə təqribən 20 raket zərbəsi endirdiyini bəyan edib. Təl-Əviv bunu İranın təcavüzü kimi qiymətləndirib və cavab olaraq Suriyaya aviazərbələr həyata keçirib.
banner

Oxşar Xəbərlər