• cümə, 19 Aprel, 19:38
  • Baku Bakı 24°C

Ərdoğan: "Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur”

23.01.18 09:20 546
Ərdoğan: "Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur”
Türkiyənin heç kiminbir qarış torpağında gözü yoxdur.
APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanözünün "Twitter” səhifəsində yazıb.
"Əməliyyatı keçirməyimizdə əsas məqsədSuriyaxalqının təhlükəsizliyini təmin etmək,Suriyanın ərazi bütövlüyünün qorunmasına kömək etməkdir. İdlib və Afrində sülh və təhlükəsizlik bərpa edildikdən sonra, yüz minlərləsuriyalı qardaşlarımız öz evlərində rahat yaşaya biləcəklər. Region və Türkiyə üçün terror təhdidi aradan qaldırılmayanadək, insanların sülh içində yaşamaları üçün şərait yaradılanadək əməliyyatlarımız davam edəcək. Və Türkiyə bununla bağlı heç kimdən icazə almamalıdır", Türkiyə prezidenti vurğulayıb.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusuSuriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər