• cümə, 29 Mart, 18:02
  • Baku Bakı 14°C

Ərdoğan: “Türkiyə Suriyada kiminsə yanında, kiminsə qarşısında deyil"

17.04.18 14:55 589
Ərdoğan: “Türkiyə Suriyada kiminsə yanında, kiminsə qarşısında deyil"
"ABŞ 60 min PYD/YPG terrorçusunu şimaliSuriyaya gətirmək istəyir. Kimi gətirirsiniz gətirin, bu bölgədə sabitliyi saxlayacaq Türkiyə və AzadSuriyaOrdusu var”.

APA-nın məlumatına görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanlideri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib.

R. T. Ərdoğan deyib ki, TürkiyəSuriyasiyasətini aktivləşdirərək həm sahədə, həm də masada söz sahibi olacaq: "TürkiyəSuriyada mütləq kiminsə yanında, kiminsə qarşısında deyil. BizSuriyadasuriyalı qardaşlarımızın maraqlarını müdafiə edirik. Bunun üçün harada kiminlə birgə hərəkət etmək lazımdırsa, hərəkət edirik”.

Fransa prezidenti Emmanuel MakronunSuriyaya ABŞ və Böyük Britaniya ilə birgəhavazərbəsinin nəticəsində Türkiyə ilə Rusiyanın yollarını ayırması barədə bəyanatına toxunan R. T. Ərdoğan Türkiyənin öz yolu ilə getdiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər