AZE | RUS | ENG |

Ərdoğan: “Türkiyə Suriyada kiminsə yanında, kiminsə qarşısında deyil"

Ərdoğan: “Türkiyə Suriyada kiminsə yanında, kiminsə qarşısında deyil
"ABŞ 60 min PYD/YPG terrorçusunu şimali Suriyaya gətirmək istəyir. Kimi gətirirsiniz gətirin, bu bölgədə sabitliyi saxlayacaq Türkiyə və Azad Suriya Ordusu var”.
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib.
 
R. T. Ərdoğan deyib ki, Türkiyə Suriya siyasətini aktivləşdirərək həm sahədə, həm də masada söz sahibi olacaq: "Türkiyə Suriyada mütləq kiminsə yanında, kiminsə qarşısında deyil. Biz Suriyada suriyalı qardaşlarımızın maraqlarını müdafiə edirik. Bunun üçün harada kiminlə birgə hərəkət etmək lazımdırsa, hərəkət edirik”.
 
Fransa prezidenti Emmanuel Makronun Suriyaya ABŞ və Böyük Britaniya ilə birgə hava zərbəsinin nəticəsində Türkiyə ilə Rusiyanın yollarını ayırması barədə bəyanatına toxunan R. T. Ərdoğan Türkiyənin öz yolu ilə getdiyini vurğulayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6924
GBP 1 İngilis funt sterlinqi 2.2228
TRY 1 Türk lirəsi 0.3533
KWD 1 Küveyt dinarı 5.6122
SEK 1 İsveç kronu 0.1918
EUR 1 Avro 1.9801
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000