• şənbə, 20 Aprel, 15:43
  • Baku Bakı 23°C

Ərdoğan: “Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

25.06.18 09:00 418
Ərdoğan: “Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.
APA-nın "Anadolu"ya istinadənməlumatına görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbəyan edib.
"Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. 90 faizlik seçici fəallığı çox vacib amildir. Millətimiz mənə, partiyamıza və ittifaqımıza etimad göstərib. Bu etimada görə millətimə təşəkkür edirəm. Ümid edirəm ki, heç kim məğlubiyyətini seçkilərin demokratik keçmədiyini deməklə, ört-basdır etməyə çalışmayacaq. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəlib”, deyə R.T.Ərdoğan bildirib.
Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.
banner

Oxşar Xəbərlər