• cümə axşamı, 25 aprel, 00:42
  • Baku Bakı 19°C

Ərdoğan Trampla danışıqlarda Rusiyadan “S-400”-lərin alınmasını müzakirə etməyib

24.09.17 11:15 862
Ərdoğan Trampla danışıqlarda Rusiyadan “S-400”-lərin alınmasını müzakirə etməyib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Nyu Yorkda keçirdiyi danışıqlarda Rusiyadan "S-400” zenit-raket sistemlərinin alınması məsələsini müzakirə etməyib.APA-nın "TRT”yə istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan ABŞ-dan Ankaraya dönərkən təyyarədə jurnalistlərə bildirib
"Tramp bu məsələyə toxunmağa lüzum görməyib. Bu bizim mövqeyimizin qəti olmasının sübutudur. Bundan başqa, əgər ABŞ bizə heç nə təqdim edə bilmirsə, bu mövzu ilə bağlı da heç nə danışa bilməz”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, görüşdəİraqvəSuriya, FETÖ-nün fəaliyyəti, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi və digər aktual məsələlər müzakirələrin əsas mövzusu olub.
banner

Oxşar Xəbərlər