• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

Ərdoğan Trampa çağırış edib

21.03.18 20:00 478
Ərdoğan Trampa çağırış edib
"Biz bu yola baş qoyduq, kimin cəsarəti varsa, meydana çıxsın"
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbir dahaSuriyanın Menbic bölgəsinin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.

Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbicə olmağa haqqı yoxdur: ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur? 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbic başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".

Türkiyə prezidenti son dövrlər PKK terrorçularının fəallaşdığıİraqın Sincar bölgəsinin də terrorçulardan təmizlənməli olduğunu vurğulayıb: "Əgərİraqhökuməti bu yerləri terrorçulardan təmizləməyəcəksə, biz Sincarı PKK-dan təmizəlyərik".
banner

Oxşar Xəbərlər