AZE | RUS | ENG |

Ərdoğan: Təxribatlara və zorakılığa yol verməyəcəyik

Ərdoğan: Təxribatlara və zorakılığa yol verməyəcəyik
“Türkiyə hökuməti ayrı-ayrı qrupların ölkə iqtisadiyyatının çökməsinə yönəlmiş zorakılığına və təxribatlarına yol verməyəcək. Əksinə, biz hazırladığımız bütün planları həyata keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”. APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Afrika turnesindən döndükdə, onu İstanbul aeroportunda qarşılayan minlərlə tərəfdarlarının qarşısında çıxışı zamanı bəyan edib. Ölkədə yaranmış vəziyyəti şərh edərkən, o toqquşmaların səbəblərini və polisin həddindən artıq güc tətbiq etmə hallarını əsaslı şəkildə araşdırılacağını vəd edib. Ərdoğan qeyd edib ki, müəyyən qruplar ölkədə yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi qazanc əldə etməyə çalışır. Ərdoğan etirazçılara səslənərək onları “Taksim meydanından getməyə və bütün xalqla birgə ümumi məsələləri həll etməyə” çağırıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311