• şənbə, 20 Aprel, 15:28
  • Baku Bakı 23°C

Ərdoğan: Təxribatlara və zorakılığa yol verməyəcəyik

07.06.13 08:31 1336
Ərdoğan: Təxribatlara və zorakılığa yol verməyəcəyik
“Türkiyə hökuməti ayrı-ayrı qrupların ölkə iqtisadiyyatının çökməsinə yönəlmiş zorakılığına və təxribatlarına yol verməyəcək. Əksinə, biz hazırladığımız bütün planları həyata keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Afrika turnesindən döndükdə, onu İstanbul aeroportunda qarşılayan minlərlə tərəfdarlarının qarşısında çıxışı zamanı bəyan edib.
Ölkədə yaranmış vəziyyəti şərh edərkən, o toqquşmaların səbəblərini və polisin həddindən artıq güc tətbiq etmə hallarını əsaslı şəkildə araşdırılacağını vəd edib. Ərdoğan qeyd edib ki, müəyyən qruplar ölkədə yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi qazanc əldə etməyə çalışır.
Ərdoğan etirazçılara səslənərək onları “Taksim meydanından getməyə və bütün xalqla birgə ümumi məsələləri həll etməyə” çağırıb.
banner

Oxşar Xəbərlər