• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

Ərdoğan: “TANAP qardaşlığımıza qoyulan strateji sərmayədir”

10.07.18 17:34 351
Ərdoğan: “TANAP qardaşlığımıza qoyulan strateji sərmayədir”
"Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığımız addımlar böyük əhəmiyyət kəsb edir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olanTürkiyə prezidentiRəcəb Tayyib Ərdoğanprezidentİlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyə prezidenti deyib ki,TANAPAzərbaycan üçün həyati əhəmiyyətli layihədir : "Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır. Bu, həm də qardaşlığımıza qoyulan strateji sərmayədir. Azərbaycanın Türkiyədəki Əliağa layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik”.

R. T. Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir. Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq”.
banner

Oxşar Xəbərlər