• şənbə, 20 Aprel, 07:36
  • Baku Bakı 14°C

Ərdoğan Suriya və İraqda Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışıb

17.05.17 00:12 917
Ərdoğan Suriya və İraqda Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışıb
Ankara və Vaşinqton Suriyavə İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.

"BizSuriyavə İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk”, - deyə Ərdoğan bildirib. Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin terrorçularınİraqərazisindəki mövqelərinə zərbələr endirməsinə etiraz edib. Vaşinqton iddia edir ki, bu cür zərbələr rəsmi Bağdadla razılaşdırılmalıdır.

Rəsmi Ankara isə, öz növbəsində, ABŞ-ın Suriyadakı PYD/YPG kürd terror qruplaşmalarına dəstək verməsinə dəfələrlə etirazını bildirib.
banner

Oxşar Xəbərlər