AZE | RUS | ENG |

Ərdoğan: Şri-Lankadakı teraktlar bütün bəşəriyyətə qarşı yönəldilib

Ərdoğan: Şri-Lankadakı teraktlar bütün bəşəriyyətə qarşı yönəldilib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyib.
Trend-in məlumatına görə, bu barədə T.Ərdoğan öz "Twitter" səhifəsində yazıb.
Türkiyə prezidenti bildirib: "Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu hücumlar bütün nəşəriyyətə qarşı yönəldilib".

T.Ərdoğan öz və bütün Türkiyə xalqının adından terror aktlarında həlak olanların ailələrinə başsağlığı, xəsarət alanlara isə tez bir zamanda sağalmalarını diləyib.
Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 6 partlayış törədilib.
Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973