• cümə, 26 Aprel, 11:27
  • Baku Bakı 12°C

Ərdoğan sosial şəbəkələrdən şikayət etdi - Konstitusiya məhkəməsinə

19.04.14 08:09 1128
Ərdoğan sosial şəbəkələrdən şikayət etdi - Konstitusiya məhkəməsinə
Reuters agentliyinin verdiyi xəbərə görə, Ərdoğan onun barəsində sosial mediyadakı yazıların silinməsi barədə məhkəmə qərarlarının icra edilmədiyini əsas gətirərək, öz vəkili vasitəsilə konstitusiya məhkəməsinə şikayət ünvanlayıb. Türkiyə baş naziri hüquqlarının pozulması qarşılığında 50 min türk lirəsi məbləğində təzminat tələb edir.
Xatırladaq ki, Ərdoğanın yaxın ətrafını korrupsiya qalmaqalında günahlandıran audio yazıların yayılmasından sonra Türkiyə hökuməti "Twitter” və "Youtube” saytlarına Türkiyə ərazisində girişi dayandırmışdı. Aprelin əvvəllərindən etibarən söz azadlığını məhdudlaşdırdığı əsas gətirilərək Konstitusiya məhkəməsi "Twitter”-ə qoyulan qadağanı aradan qaldırsa da "Youtube” saytına giriş hələ də bərpa edilməyib./apa/
banner

Oxşar Xəbərlər