• cümə axşamı, 25 aprel, 08:36
  • Baku Bakı 14°C

Ərdoğan Serbiyaya rəsmi səfər edəcək

07.10.17 21:30 1449
Ərdoğan Serbiyaya rəsmi səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək.APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Prezident Rəcəb Tayyip Ərdoğan Ukraynaya səfərini başa çatdıraraq, 9-11 oktyabr tarixlərində Serbiyaya rəsmi səfər edəcək. Səfər Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti əsasında baş tutacaq. Səfər çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsinə dair müxtəlif sənədlər imzalanacaq, həmçinin Türkiyə-Serbiya biznes forumu keçiriləcək”, - deyə məlumatda bildirilir.
Türkiyə prezidenti Aleksandr Vuçiç və Serbiya parlamentinin sədri Maya Qoykoviçlə danışıqlar aparacaq, Novi Pazar şəhərinə səfər edəcək.
banner

Oxşar Xəbərlər