• çərşənbə axşamı, 16 aprel, 23:54
  • Baku Bakı 18°C

Ərdoğan Səməd Seyidova təşəkkür etdi

26.01.18 20:27 863
Ərdoğan Səməd Seyidova təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Türkiyə lideri S.Seyidova qurumun qış sessiyasında "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.
R.T.Ərdoğan yanvarın 26-da Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilat sədrlərinin genişləndirilmiş toplantısında deyib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi "Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".
Prezident onu da əlavə edib ki, Türkiyənin terrorizmə qarşı mübarizədə qətiyyətli olduğuna inanmayanlara "Zeytun budağı” əməliyyatı faktiki bir nümunə olar bilər: ""Bu gün əməliyyatın 7-ci günüdür və artıq 343 terrorçu zərərsizləşdirilib. Bunlar təsbit olunanlardır. Kandilə gedib orada deyilənləri qaynaq edənlərin terrora qarşı çıxış etdiklərini görmədik. Atdığımız addım haqlıdır. Biz haqq bildiyimiz yolda sonadək gedəcəyik”.
banner

Oxşar Xəbərlər