• cümə, 29 Mart, 05:42
  • Baku Bakı 7°C

Ərdoğan sabah Nazirlər Kabinetini toplayır

12.06.19 12:00 406
Ərdoğan sabah Nazirlər Kabinetini toplayır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetini Ankaranın Beştəpə vilayətində toplayacaq.
Trend-in məlumatına görə, toplantının əsas gündəmini ABŞ-la gərginliyə yol açan S-400 havadan müdafiə sistemlərinin alınması təşkil edəcək.
S-400-lə bağlı ABŞ-dan gələn məktubla yanaşı, F-35 gərginliyi, iqtisadi inkişaf, terrorla mübarizə əməliyyatları və İstanbul seçkilərinin detalları müzakirə ediləcək.
Kabinetdə ABŞ müdafiə nazirinin vəkili Patrik Şanahanın Milli müdafiə naziri Hulusi Akara göndərdiyi S-400 və F-35-lə bağlı məktubundan sonra Türkiyənin davranışı və atacağı addımlar müəyyənləşəcək.
banner

Oxşar Xəbərlər