• cümə axşamı, 25 aprel, 20:28
  • Baku Bakı 21°C

Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb

08.10.17 17:30 1635
Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb
"Balkanlar və Qafqaz ürəyimizinbir parçasıdır. Türkiyə dərin qohumluq və dostluq əlaqələrimizin olduğu bu ölkələrdən kənarda düşünülə bilməz”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Afyonda partiya fəallarının toplantısında Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğansöyləyib.
Qərbi İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki, Türkiyə qonşularıSuriyavə İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: "Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə sülhü, atəşkəsitəmin etməliyik”.
Suriyada İdlib əməliyyatında Türkiyə ordusunun müxalif AzadSuriyaOrdusuna dəstək verdiyini bildirən R. T. Ərdoğan deyib ki, PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-nin Türkiyənin sərhədləri boyu terror dövləti yaratmasına imkan verilməyəcək: "Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik. Yaxud İraqda nə baş verir? Məsələn, 400 min türkmənin yaşadığı bir şəhər olmuş Telafərdə hazırda 8-10 min türkmən var. 100 minə qədər telafərli də hazırda Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəzilərideyirlər ki,İraqvə Suriyada nə işiniz var, Türkiyənin daxili problemləri ilə məşğul olun.Suriyavə İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! BizSuriyavə İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz TürkiyəninSuriyavə İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri mənbəyində aradan qaldıracağıq. "Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə dost olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”.
banner

Oxşar Xəbərlər