AZE | RUS | ENG |


Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb

Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb
“Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, daha böyük fəlakətlərlə üzləşərik”

"Balkanlar və Qafqaz ürəyimizin bir parçasıdır. Türkiyə dərin qohumluq və dostluq əlaqələrimizin olduğu bu ölkələrdən kənarda düşünülə bilməz”.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Afyonda partiya fəallarının toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
 
Qərbi İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki,  Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: "Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə sülhü, atəşkəsi təmin etməliyik”.
 
Suriyada İdlib əməliyyatında Türkiyə ordusunun müxalif Azad SuriyaOrdusuna dəstək verdiyini bildirən R. T. Ərdoğan deyib ki, PKK terror təşkilatının  Suriya qolu PYD/YPG-nin Türkiyənin sərhədləri boyu terror dövləti yaratmasına imkan verilməyəcək: "Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik. Yaxud İraqda nə baş verir? Məsələn, 400 min türkmənin yaşadığı bir şəhər olmuş Telafərdə hazırda 8-10 min türkmən var. 100 minə qədər telafərli də hazırda Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəziləri deyirlər ki, İraq və Suriyada nə işiniz var, Türkiyənin daxili problemləri ilə məşğul olun. Suriya və İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! Biz Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz Türkiyənin Suriya və İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri mənbəyində aradan qaldıracağıq. "Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə dost olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001