• cümə, 29 Mart, 10:10
  • Baku Bakı 5°C

Ərdoğan QDİƏT toplantısında Ermənistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışına sərt reaksiya verib

22.05.17 14:30 900
Ərdoğan QDİƏT toplantısında Ermənistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışına sərt reaksiya verib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub.
APA-nın məlumatına görə, A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir. O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır.
A. Hovakimyanın çıxışından dərhal sonra Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanonunla razılaşmadığını bəyan edib: "Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etmədi. Amma siz öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Bu isə mənim fikrimcə, düzgün deyil”.
banner

Oxşar Xəbərlər