• cümə, 19 Aprel, 16:54
  • Baku Bakı 25°C

Ərdoğan: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər"

12.04.18 14:00 725
Ərdoğan: "Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər"
"Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq".

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

TürkiyəninSuriyada həyata keçirdiyi hərbi əməliyyatlardan danışan Ərdoğan məqsədlərinə çatana qədər mübarizə aparacaqlarını vurğulayıb: "Suriyada sabitlik yaradacaq yeganə ölkə bizik, Türkiyədir".

ƏrdoğanSuriyanın Duma şəhərində qeydə alınan kimyəvi hücumdan danışaraq bu məsələni ABŞ və Rusiya ilə müzakirə etdiyini deyib: "Dünən ABŞ dövlət başçısı Donald Trampla telefon danışığım oldu. Bu gün də Rusiya prezidentiVladimir Putinlə danışacağam. Birlikdə bu kimyəvi qətliamı necə durdura biləcəyimizi müzakirə edəcəyik. Türkiyə olaraq əvvəldən məqsədimizSuriyada təhlükəsiz gələcəyi təmin etməkdir. Təhlükəsiz mühit yaranana kimi orda fəaliyyətimizi davam etdirəcəyik.

Suriyada terror təşkilatlarına qarşı səmimi mübarizəni təkcə Türkiyə aparır. Bizdən başqa hər kəs müxtəlif əməllərini gerçəkləşdirmək üçün terror təşkilatlarından alət kimi istifadə edir. Onların dərdininSuriya, terrorçular olmadığı aydındır.

Müttəfiqlərimizin əsgərlərinə qarşı silah işlətmək niyyətimiz yoxdur, amma dost kimi hər birinə tövsiyə edirəm ki, terrorçularla çox da yan-yana durmasınlar. PYD, DEAŞ kimi terror təşkilatlarını təhdid olaraq görür və lazım olanı etməyi vacib sayırıq".

Ərdoğan qeyd edib ki,Suriyavəİraqda nümayiş etdirilən bu "tamaşa" ucbatından dünya yaxın zamanda ən böyük təhdidlə qarşı-qarşıya dura bilər: "Biz artıqSuriyavəİraqda oynanan bu "tamaşa"nın dayandırılmasıını, maskaların çıxarılmasını, hər kəsin gerçək üzünü göstərməsini istəyirik. Kimyəvi silahlarla öz vətəndaşlarına hücum edən rejimi qorumaq da, terrorçular üzərindənSuriyanı bölməyə çalışmaq da yanlışdır".

Ərdoğan onu da bəyan edib ki,Suriyaqol güləşi meydanına çevrilməməlidir.
banner

Oxşar Xəbərlər