• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

Ərdoğan: "Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram"

10.07.18 15:49 388
Ərdoğan: "Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram"
"Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşımİlham Əliyevbizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik”.

APA-nın xəbərinə görə, Türkiyənin prezidentiRəcəb Tayyib ƏrdoğanAZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan qardaşlıqlarını "bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirib: "Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik. Bu günİlham Əliyevlə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. BunuTANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram".
banner

Oxşar Xəbərlər