AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ərdoğan Qarabağdan danışdı

Ərdoğan Qarabağdan danışdı

Siyasət
01 Oktyabr 2012, 08:39 1469
Sentyabrın 30-u Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilib. 81 vilayəti təmsil edən 1895 nümayəndənin iştirakı ilə keçirilmiş səsvermədə Rəcəb Teyyub Ərdoğan yenidən partiya sədri seçilib.

AzərTAc-ın məlumatına görə, qurultayda çıxış edən Türkiyənin baş naziri Azərbaycandan da söz açıb. Rəcəb Teyyub Ərdoğan deyib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğaldan azad etməyincə onunla əlaqələrin qurulmasından söhbət gedə bilməz: “Biz daim azərbaycanlı qardaşlarımızın yanında olacağıq və onların haqlarını müdafiə edəcəyik. Bu işdə bizə kimsə maneə ola bilməz. Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalır. Ermənistan, ermənilər, onların havadarları bilsinlər ki, azərbaycanlı qardaşlarımızın hüquqları bərpa olunmayanadək bizim mövqeyimiz dəyişməyəcək”.

Qurultayda Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov və Milli Məclisin deputatı Eldar İbrahimovun daxil olduqları Azərbaycan nümayəndə heyəti də iştirak edib.