• cümə, 19 Aprel, 08:34
  • Baku Bakı 13°C

Ərdoğan Qarabağ münaqişəsini Obama ilə müzakirə edib

17.05.13 11:19 1429
Ərdoğan Qarabağ münaqişəsini Obama ilə müzakirə edib
ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib.
Bu barədə ANS Press "Amerikanın səsi"nə istinadən məlumat verir.
Görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında baş nazir Ərdoğan prezident Obama ilə Yaxın Şərq sülh prosesi, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə edildiyini bildirib. O, regional məsələlər arasında Kipr problemi, eləcə də Azərbaycan, Ermənistan, İran və Əfqanıstanla bağlı müzakirələrin aparıldığını deyib.
Türkiyənin baş naziri Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət katibi Con Kerri və Obama administrasiyasının bir sıra başqa rəsmilərilə görüşləri davam etdirəcək. Görüşlər və müzakirələr zamanı Suriyada iki ildən artıqdır davam edən vətəndaş müharibəsinin dayandırılması səyləri diqqət mərkəzindədir.
banner

Oxşar Xəbərlər