AZE | RUS | ENG |

Ərdoğan Putinə S-500 komplekslərinin birgə istehsalını təklif edib

Ərdoğan Putinə S-500 komplekslərinin birgə istehsalını təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə S-500 zenit-raket komplekslərinin müştərək istehsalını təklif edib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ərdoğan, həmçinin S-400 komplekslərinin çatdırılması üzrə müqavilənin gedişindən danışıb. "Rusiya S-400 kompleksləri üçün bizə çox sərfəli şərtlərlə kredit təqdim edib. İkinci və üçüncü mərhələlərdə biz müştərək istehsalata başlayacağıq”, - deyə Ərdoğan bildirib.

Bundan başqa, Türkiyə lideri S-400 komplekslərinin alınması ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə də cavab verib: "Onlar nə üçün Yunanıstanda olan S-300 komplekslərinə görə səslərini çıxarmadılar? Türkiyəyə qarşı belə siyasəti başa düşmək olmur. Bizim müdafiə sənayemizin öz tələbləri var və biz onları təmin etməyə çalışacağıq”.

Xatırladaq ki, ötən ilin dekabrında Türkiyə və Rusiya S-400 kompleksləri ilə bağlı kredit sazişi imzalayıb. Müqaviləyə əsasən Ankara iki zenit-raket batareyası satın alacaq. Tərəflər, həmçinin S-400 komplekslərinin Türkiyədə istehsalı istiqamətində texniki əməkdaşlıq barədə də razılığa gəliblər.

ABŞ və NATO üzvləri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Uess Miçell S-400 komplekslərinin alınmasının Türkiyəyə F-35 təyyarələrinin çatdırılmasına mənfi təsir göstərəcəyini bildirib. Ankara buna cavab olaraq digər ölkələrdən qırıcı təyyarə alacağını deyib. Ərdoğan isə öz növbəsində Birləşmiş Ştatları F-35 təyyarələrinin çatdırılması sazişi üzrə öhdəliyini yerinə yetirməyə çağırıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000