• çərşənbə, 24 Aprel, 06:28
  • Baku Bakı 13°C

Ərdoğan prezident İlham Əliyevə zəng edib

09.06.17 20:33 1214
Ərdoğan prezident İlham Əliyevə zəng edib
İyunun 9-da Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, Türkiyə Prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezidentİlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezidentİlham Əliyevbaşsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habeləBakı-Tbilisi-Ceyhan,TANAPlayihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər