• cümə, 19 Aprel, 17:54
  • Baku Bakı 25°C

Ərdoğan prezident İlham Əliyevə başsağlığı verdi

21.05.15 10:33 841
Ərdoğan prezident İlham Əliyevə başsağlığı verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə Bakıda yaşayış binasındakı faciə ilə bağlı başsağlığı verib. AzərTAc-a istinadən məktubu təqdim edirik:
“Hörmətli Prezident, əziz qardaşım,
Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.
Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.
Sizə ən səmimi salamlarımı çatdırıram”.
banner

Oxşar Xəbərlər