• cümə, 19 Aprel, 14:22
  • Baku Bakı 25°C

Ərdoğan: “Obama Türkiyəni aldatdı"

24.01.18 14:20 657
Ərdoğan: “Obama Türkiyəni aldatdı"
"TürkiyəSuriyanın Münbic bölgəsini, o cümlədən bütün sərhəd boyu zonalarını PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləyəcək".
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbu gün bəyan edib.
O, ABŞ-ın sabiq prezidentiBarak Obamanın Türkiyəni aldatdığını deyib: "Biz Obama dövründə "Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq "Zeytunluq” hərəkatındaBarak Obamabizi aldatdı. "Zeytunluq” hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı, biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Anaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar”.
R. T. Ərdoğan Türkiyə ordusununSuriyanın Afrin bölgəsini PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında türk əsgərləri və müxalif AzadSuriyaOrdusunun döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: "Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur. Biz terrorçuların kökünü o torpaqlardan qazıyacağıq. Afrində əməliyyat terrorçuların kökü kəsilənədək davam edəcək".
banner

Oxşar Xəbərlər