• çərşənbə axşamı, 23 aprel, 19:45
  • Baku Bakı 20°C

Ərdoğan NATO-ya xəbərdarlıq edib

20.11.16 18:19 1204
Ərdoğan NATO-ya xəbərdarlıq edib
Bu gün Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə balıNATO-ya xəbərdarlıq edib.
APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçularınNATO-nun strukturlarında çalışması, yaxudNATOtərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.
R. T. Ərdoğan terrorçuluqda günahlandırılan vəNATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.
Qeyd edək ki,NATObaş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonraNATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.
banner

Oxşar Xəbərlər