Ərdoğan müxalifəti məhkəməyə verdi

Ərdoğan müxalifəti məhkəməyə verdi

Siyasət
28 Sentyabr 2012, 13:56 1322
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasınının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Türkiyə KİV-inin verdiyi məlumata görə, buna səbəb CHP liderinin Ərdoğanı xain adlandırması olub.

Ərdoğan məhkəmədən dəymiş mənəvi ziyana görə 100 min lirə həcmində kompensasiya ödənilməsini tələb edir.

İddiada, həmçinin qeyd edilir ki, Kılıçdaroğlu Türkiyədəki demokratiya və söz azadlığından sui-stifadə edərək Ərdoğanı təhqir edib.