• çərşənbə axşamı, 16 aprel, 19:54
  • Baku Bakı 18°C

Ərdoğan: “Müxalifət Bəşşar Əsədi terrorçu hesab edir və o, hələ də yerindədir”

21.11.17 15:30 1868
Ərdoğan: “Müxalifət Bəşşar Əsədi terrorçu hesab edir və o, hələ də yerindədir”
Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanBakı. 21 noyabr. REPORT.AZ/ "Bu ssenarilər qarşılığında Türkiyənin əli-qolu bağlı vəziyyətdə oturacağını gözləməsinlər”.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Böyük Millət Məclisindəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.
"Soçidə Rusiya və İranla üçtərəfli zirvə toplantısı keçirəcəyik. Rusiya ilə qurduğumuz bu yaxın əlaqələrdən əldə etdiyimiz nəticə çox əhəmiyyətlidir. Mərkəzi İraq hökuməti ilə də əlaqələrimiz uzun zamandan bəri olmayan dərəcədə müsbət vəziyyətdədir. Şimali İraqda yanlışlıq edilməsəydi, onlarla da gözəl əlaqələrimiz olacaqdı. Almaniya, Hollandiya, Belçika kimi ölkələr, əslində, ən rahat əməkdaşlıq edəcəyimiz dövlətlərdir. Ancaq bir müddətdir onlar irqçilik və əcnəbi düşmənliyinin pəncəsinə keçiblər”, - o vurğulayıb.
R.T.Ərdoğan bildirib ki, rəsmi AnkaraABŞ-ın bölgədə həyata keçirdiyi siyasətin yanlışlığından narahatdır və bunu dəfələrlə Vaşinqtonundiqqətə çatdırıblar: "Bunu bir daha diqqətə çatdırırıq.Onlar bölgəni İŞİD-dən təmizlədiklərini bildirirdilər. Ancaq hələ də silah dolu TIR-lar Suryaya daxil olur. Bu niyə davam edir? Siz bu silahlanmanı hansı ölkəyə qarşı davam etdirisiz? Niyə bunu edirsiz? Bunların dərdi başqadır. Nəyin nə olduğunu bilirik. Buna uyğun olaraq, addımlar atacağıq. Bu ssenarilər qarşısından Türkiyənin əli-qolu bağlı oturacağını kimsə gözləməsin. İŞİD-in içi boş bir qurum olduğunu dünyaya göstərən Türkiyə olub”.
Türkiyə prezidenti SuriyadaBMT-nin tanıdığı rəhbər Bəşşar Əsədlə bağlı da danışıb: "Əsəd hələ də yerli yerində oturub. Demokratik tələblərlə çıxış edən müxalifət onu terrorçu adlandırır. Çox söz söylənilib, çoxlu toplantılar keçirilib, ancaq Suriyada bir nəticə ortaya qoyulmayıb”.
banner

Oxşar Xəbərlər