• şənbə, 20 Aprel, 11:06
  • Baku Bakı 14°C

Ərdoğan MHP liderinə təşəkkür edib

09.01.18 13:50 497
Ərdoğan MHP liderinə təşəkkür edib
"Prezident seçkiləri ilə bağlı Dövlət Bağçalının yerli və milli duruşunu vurğulamaq istəyirəm. İnanıram ki, bu duruşla bizi bölmək, parçalamaq istəyənlər öz niyyətlərinə çata bilməyəcək”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğandeyib. O bildirib ki, Milliyətçi Hərəkat Partiyasının sədri ilə bir araya gəlib, ölkənin problemlərini müzakirə etmələri təbii qarşılanmalıdır: "Biz Dövlət Bağçalı ilə görüşüb, müzakirələr aparacağıq. Bizim bərabər görəcəyimiz çox işlər var. Mən bu baxımdan Dövlət Bağçalının indidən 2019-cu ildə keçiriləcək prezident seçkilərində mənə dəstək verəcəyi barədə bəyanatına görə təşəkkür edirəm. 2019-cu il prezident seçkiləri yerli və milli olanlarla ipi xaricdə olanlar arasında keçəcəyi bəllidir. Bizim yerimiz həmişəki kimi miləttimizin yanıdır”.
banner

Oxşar Xəbərlər