• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

Ərdoğan "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazır olduqlarını bildirib

19.08.18 17:22 723
Ərdoğan "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazır olduqlarını bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Qara və Mərmərə dənizləri birləşdirəcək "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazırdır.
"Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
"Bu, Türkiyə tarixində strateji əhəmiyyət kəsb edən ən mühüm layihədir.Biz onu həyata keçirməyə hazırıq", Ərdoğan bildirib.
Onun sözlərinə görə, kanalın uzunluğu 43 km təşkil edəcək və onu ətrafında iki yeni şəhər salınacaq. Lakin Türkiyə prezidenti kanalın tikintisi ilə bağlıkonkret müddət açıqlamayıb.
banner

Oxşar Xəbərlər