• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Ərdoğan: “Fövqəladə vəziyyət rejiminin uzadılacağına inanıram”

14.07.17 18:12 1470
Ərdoğan: “Fövqəladə vəziyyət rejiminin uzadılacağına inanıram”
"Qarşıdan gələn bazar günü Milli Təhlükəsizlik Şurasının iclası var, fövqəladə vəziyyət rejimi ilə bağlı müzakirə aparılacaq".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanTürkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Ankara Ticarət Dərnəyində təşkil edilən "15 iyul" panelində çıxışında bildirib.

Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejiminin davam etməsinin tərəfdarıdır və bunu hökumətə çatdıracaq: "Milli Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət rejiminin uzadılmasınındəstəklənəcəyinə inanıram".
banner

Oxşar Xəbərlər