• cümə, 26 Aprel, 01:08
  • Baku Bakı 16°C

Ərdoğan : “Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik”

21.05.17 17:25 1154
Ərdoğan : “Fövqəladə vəziyyət rejimini ləğv etməyəcəyik”
"Fətullahçı Terror təşkilatı dünyanın 160 ölkəsində təhsil müəssisələri yaradıb, həmin ölkələrdə hakimiyyətdə olan insanların övladlarını bu məktəblərə cəlb edirlər. Bu uşaqlara dünyanın yeganə imamının Fətullah Gülən olduğu söylənir”.APA-nın məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbildirib.
R. T. Ərdoğan deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) Türkiyədə olduğu kimi bu yolla həmin ölkələri də ələ keçirməyə çalışır. Türkiyə prezidenti PKK terror təşkilatı, bu terror təşkilatınınSuriyaqolu PYD/YPG ilə əməkdaşlıq edən ABŞ və digər ölkələri çətin günlər gözlədiyini də vurğulayıb: "Son dövrlər Türkiyədə PKK terrorçularının dağlarda 65 mağarası aşkarlanıb, 600-dən çox terrorçu öldürülüb. Namərd qaçar, mərd döyüşər. Bölgədə kiminlə yola çıxmaq barədə fikri qarışıq olanlar bir daha düşünsün. Türkiyə dövləti bir yanda, hər kəsin istifadə etdiyi terror təşkilatı bir yandadır, bu ikisi arasında seçim etmək lazımdır”.
Türkiyə prezidenti Qərb ölkələrinin Türkiyəyə fövqəladə vəziyyət rejimi ləğv etməsi yönündə suallar ünvanlamasına da toxunub: "Fransada 15-20 terrorçu baş qaldırdı, indiyə qədər Fransada fövqəladə vəziyyət rejimi davam edir. Türkiyədə dövləti yıxmağa çalışdılar, 15 iyul dövlət çevrilişinə cəhd zamanı yüzlərlə insan şəhid, qazi oldu. Nə üzlə bizə fövqəladə vəziyyət rejiminin ləğv edilməli olduğunu söyləyirsiniz? Fövqəladə vəziyyət rejimini ölkəmizdə əmin-amanlıq bərqərar olana qədər ləğv etməyəcəyik. Fövqəladə vəziyyət rejimi bu gün ölkədə kimin həyatını çətinləşdirir? Fabriklər, zavodlar işləmir?”.
banner

Oxşar Xəbərlər