• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

Ərdoğan Fatih Terimi dəstəklədi

14.11.14 13:35 1312
Ərdoğan Fatih Terimi dəstəklədi
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin milli komandasının Braziliyaya 0:4 hesabı ilə uduzduğu yoldaşlıq matçı haqda fikirlərini bildirib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, məğlubiyyətin səbəbkarı kimi komandanın baş məşqçisi Fatih Terimi görmədiyini deyib.
"Terim yaxşı məşqçidir.Futbolçu oynamırsa, Terim meydana çıxıb oynamalıdır? O, millidə çox yaxşı işlər görür.
Braziliyada dəniz kənarında qumda futbol oynayırlar. Qum isə əzələləri gücləndirir. Qumda qaçdıqları üçün futbolçuları fiziki cəhətdən güclü olur. Türkiyə millisinin futbolçuları isə sintetik meydançada məşq edir. Bundan başqa, aşağı yaş qrupları da önəmlidir. Düzdür, bizim də yaxşı bazalarımız var. İdmanı yalnız futbol olaraq da görmək lazım deyil. Digər idman növlərinə də gənclərimizi yönləndirməliyik".
banner

Oxşar Xəbərlər