• cümə axşamı, 25 aprel, 09:42
  • Baku Bakı 14°C

Ərdoğan etirazların əsl səbəblərini açıqladı

01.06.13 13:12 1809
Ərdoğan etirazların əsl səbəblərini açıqladı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul İxracatçılar Məclisində verdiyi açıqlama zamanı İstanbulda keçirilən etiraz aksiyalarının Gezi parkındakı ağacların kəsilməsi ilə bağlı olmadığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.
Ərdoğanın sözlərinə görə, hadisələrin fonunda ideoloji səbəblər var və müxalifət İstanbulda güclənmək niyyətindədir.
Bundan əvvəl də Türkiyəni qarışdırmaq, ölkədə xaos yaratmaq istəyən qüvvələrin olduğunu deyən Ərdoğan onu da bildirib ki, Türkiyədə bütün qüvvələrin demokratik şəkildə öz fikrini ifadə etmək haqqı var.
banner

Oxşar Xəbərlər