• çərşənbə axşamı, 16 aprel, 23:34
  • Baku Bakı 18°C

Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib

24.11.17 12:45 2256
Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib
Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanSuriyalideriBəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etməyib.
APA-nın xəbərinə görə, R. T. Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Türkiyə kimi,Suriyatərəfi də PYD-YPG-yə qarşı olduğuna görə, bu prosesin gedişində Ankara ilə Dəməşq arasında yaxın təmas, ortaq çalışma olması mümkündürmü?" sualına prezident Ərdoğan belə cavab verib: "Sabah nələr olacağı o anın şərtləri ilə əlaqəlidir. Bu məsələdə "bir şey olmaz" şəklində, öncədən qəti fikir söyləmək kimi anlayış içərisində olmağımız çox da doğru olmaz. Siyasətin qapıları, bildiyiniz kimi, son ana qədər hər zaman açıqdır".
R. T. Ərdoğan indiki anda B. Əsədlə təmas qurmaq üçün hər hansı təşəbbüsləri olmadığını söyləyib.
banner

Oxşar Xəbərlər