• çərşənbə axşamı, 19 mart, 08:06
  • Baku Bakı 8°C

Ərdoğan: "Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir”

23.02.18 14:00 499
Ərdoğan: "Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir”
"Suriyavəİraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi etdik. Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də,Suriyada qeyri-sabitlik artdı,Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədriRəcəb Tayyib Ərdoğandeyib. O bildirib ki, "Fərat qalxanı” əmədiyyatı ilə 2 min kv.km ərazi İŞİD terrorçularından təmizlənib, 140 minsuriyalı torpaqlarına qayıdıb: "İllərlə Türkiyəni terrorla sıxışdırmağa çalışanlara verdiyimiz bu reaksiya bizim yeni həmlələrimizin də önünü açıb.Suriyada Afrin bölgəsini PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləmək üçün apardığımız "Zeytun budağı" əməliyyatı 35-ci günə qədəm qoyub. İndiyə qədər əməliyyat çərçivəsində 1873 terrorçu məhv edilib, 415 kv.km ərazi nəzarətə götürülüb. 1000 kənd terrorçulardan təmizlənib. Bizim əsas məqsədimiz nədir? Ölkəmizdə 3 milyonsuriyalı var, əsas məqsədimiz bu insanların torpaqlarına qayıtmasını təmin etməkdir”.
Türkiyə prezidenti qeyd edib ki, indiyə qədər Afrin bölgəsindəki əsas yküsəkliklər terrorçulardan azad edilib: "Ona görə də bundan sonra əməliyyat daha sürətlə gedəcək. Təbii ki,havaşəratinin qeyri-sabit olması amili də müəyyən rol oynaya bilər. İnşallah, ən qısa müddətdə Afrin şəhəri mühasirəyə alınacaq, terrorçulardan təmizlənəcək”.
banner

Oxşar Xəbərlər