• şənbə, 20 Aprel, 07:07
  • Baku Bakı 14°C

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

11.11.18 11:30 432
Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"
Səudiyyəli jurnalistCamal Qaşıqçınınqatilləri Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasındadır. Onları hardasa başqa yerdə axtarmağa dəyməz.
"Report" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Parisə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib.
Türkiyə lideri həmçinin əmin olduğunu bildirib ki, Səudiyyə Ərəbistanının hakimiyyəti Qaşıqçının qatilinin və ya qatillərinin adlarını bilir.
"Cinayətkarlar qətldən bir gün əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gələn 18 nəfər arasındadır. Əminəm ki, bu şəxslərin dindirilməsi həqiqəti üzə çıxaracaq", - deyə prezident vurğulayıb.
Tanınmış səudiyyəli jurnalist, "Washington Post"un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilib. Türkiyənin Baş Prokurorluğu istintaqın yekunlarına əsasən belə qənaətə gəlib ki, jurnalist planlaşdırılmış qətlin qurbanı olub.
Qaşıqçı diplomatik missiyanın binasına girəndən dərhal sonra boğulub. Qatillər daha sonra jurnalistin cəsədiniparçalayıblar.
banner

Oxşar Xəbərlər