• cümə, 19 Aprel, 18:36
  • Baku Bakı 24°C

Ərdoğan: “Əməliyyatların arxasında beynəlxalq güclər var”

25.12.13 15:22 1027
Ərdoğan: “Əməliyyatların arxasında beynəlxalq güclər var”
“Bu baş verənlər milli əməliyyatlar deyil. Keçirilən əməliyyatların beynəlxalq səviyyəli bağlantıları var. Beynəlxalq səviyyədə də bunun ən yuxarısında oturan qüvvə və ondan aşağıdakı güclər var”.
Lent.az-ın Türkiyənin NTV kanalına istinadən xəbərinə görə, bunu baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.
O, partiyasının 3 nazirinə də sıçrayan korrupsiya əməliyyatları barədə danışarkən belə deyib. Baş nazir deyib ki, sonuncu dünya iqtisadi böhranı Türkiyədə hiss edilmədi və həmin dövr Türkiyə iqtisadiyyatının ən parlaq dövrü oldu. Bunu istəməyən beynəlxalq qüvvələr də Türkiyənin bu böyüməsinin qarşısını almaq istəyir.
Baş nazir Türkiyədə həyata keçirdikləri və keçirməyi planladıqları layihələri sadalayaraq bildirib ki, məhz bu layihələrin varlığı beynəlxalq gücləri narahat edir.
Baş nazir yaşanan son olaylara görə Türkiyənin ana müxalifəti CHP-ni də ittiham edib. Ərdoğan həbs edilən Xalq Bankın rəhbərini də müdafiə edib. O deyib ki, bank rəhbərinin evindən çıxan pulların mənbəyini bilmədən mətbuat və müxalifət onu ittiham edib.
Nazir onu da bildirib ki, son əməliyyat Türkiyəyə milyardlarla dollar ziyan vurub. Türkiyənin hökumət başçısı qeyd edib ki, rəhbərlik etdiyi partiya hakimiyyətdə olduğu müddətdə hər zaman hüququn üstünlüyünə inanıb və korrupsiya ilə mübarizə aparıb, bu proses bundan sonra da belə davam edəcək.
banner

Oxşar Xəbərlər