• cümə, 19 Aprel, 08:59
  • Baku Bakı 13°C

Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi

25.06.18 14:47 531
Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi
Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi Moskva-Ankara münasibətlərinin inkişafı üzrə gözləntiləri saxlayacaq.
Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.
L.Slutski R.T.Ərdoğanın ədalətli və rəqabətli mübarizədə qalib gəldiyini qeyd edib: "Türkiyədə parlament və prezident seçkiləri azad və demokratik şəkildə keçdi".
O bildirib ki, Türkiyə Rusiya üçün mühüm strateji tərəfdaşdır: "Biz birgə səylərlə Suriyada terrorçuluqla mübarizə aparırıq, regionda təhlükəsizliyin təmini üçün addımlar atırıq".
Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.
banner

Oxşar Xəbərlər