• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Ərdoğan: "Axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək"

14.03.18 14:50 528
Ərdoğan: "Axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək"
Türkiyə ordusu müxalif AzadSuriyaOrdusu ilə birgə bu gün axşama qədərSuriyanın Afrin şəhərini nəzarətə götürə bilər.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanmuxtarlar toplantısında deyib. O bildirib ki, indiyə qədərSuriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusu zərərsizləşdirilib: "Afrinə bir qədər də yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək”.
Qeyd edək ki, Türkiyə ordusu müxalif AzadSuriyaOrdusu ilə birlikdə yanvarın 20-dəSuriyanın Afrin bölgəsini PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı” əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər