• cümə, 29 Mart, 02:38
  • Baku Bakı 7°C

Ərdoğan: “Avropa İttifaqı xristian ittifaqıdır”

26.03.17 21:23 624
Ərdoğan: “Avropa İttifaqı xristian ittifaqıdır”
"Bu gün Avropa İttifaqının yaranmasının 60 illiyi ilə bağlı tədbir Vatikanda keçirilir. Papa nə vaxtdan Avropa İttifaqının üzvü olub?”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün İstanbulda prezident üsul-idarəsinə keçidlə bağlı Konstitusiyaya dəyişikliklə əlaqədar keçirilən mitinqdə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanbildirib.
R. T. Ərdoğan Avropa İttifaqının 60 illiyinin Vatikanda qeyd edilməsinin bu qurumun xristian ittifaqı olduğunu sübut etdiyini vurğulayıb: "Siz Türkiyəni müsəlman dövləti olduğu üçün Avropa İttifaqına üzvlüyə qəbul etmirsiniz”.
R. T. Ərdoğan bəzi Avropa ölkələrinin Türkiyəyə silah satışına qadağa qoymasını da sərt tənqid edib: "PKK-ya, PKK-nınSuriyaqolu olan PYD/YPG-yə, İŞİD-ə silahlar hədiyyə edənlər Türkiyəyə pulu ilə silah satmır. Yadda saxlasınlar ki, ilanla çuvala girəni ilan sancacaq. Onların terrorçulara satdıqları silah bir gün özlərinə dönəcək. Türkiyəyə satdıqları silah isə onları da terrordan qoruyacaq. Ancaq onu da nəzərə alsınlar ki, bu gün Türkiyə 1990-cı illərdəki Türkiyə deyil, özü ən müasir silah və sursat istehsal edir”.
banner

Oxşar Xəbərlər