Ərdoğan Afrindəki əməliyyatı Makronla müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Fransa rəhbəri Emmanuel Makron arasında telefon danışığı olub.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, prezidentlər Türkiyə ordusunun YPG-PYD terrorçularına qarşıSuriyanın Afrin bölgəsində apardığı əməliyyatı və Soçidə keçirilmişSuriyamilli dialoq Konqresini müzakirə ediblər.