Ərdoğan: ABŞ Türkiyə ədalətinə hörmət etməlidir
ABŞ Türkiyə ədalətinə hörmət etməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı keşiş Endryu Bransonun həbsini şərh edərkən deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə demokratik və suveren respublikadır, heç kəs ölkənin hüquq-mühafizə işlərinə qarışa bilməz.
Qeyd edək ki, daha öncə Türkiyədə həbs olunmuş amerikalı keşişin vəkili İsmayıl Xalavurt müvəkkilinin ev dustaqlığı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.