• cümə axşamı, 25 aprel, 20:03
  • Baku Bakı 21°C

Ərdoğan ABŞ-ın Türkiyəyə təhlükəsindən danışıb

22.04.18 09:30 757
Ərdoğan ABŞ-ın Türkiyəyə təhlükəsindən danışıb
Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

"Təhlükə hardan gəlir? Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir... Biz öz pulumuzla ABŞ-dan silah ala bilmədiyimiz halda, Amerika və koalisiya silah-sursatı terror qruplaşmalarına pulsuz verir”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, ABŞSuriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5000 yük maşını göndərib.
banner

Oxşar Xəbərlər